Elm və təhsil naziri Emin Əmrullayev feysbuk hesabında “Grammar Azi” səhifəsinin iradına maraqlı cavab verib.
Qlobal.net xəbər verir ki, nazir paylaşımında basketbol üzrə Bakı klubunun zəfərindən yazıb.“Neftçiyə zəfər yaraşır!
Şuşaya zəfər yaraşır!
Azərbaycana zəfər yaraşır!!!
Doğma Neftçini əziz Şuşada qələbə münasibətilə təbrik edirəm!!!” – deyə E. Əmrullayev paylaşımında bildirib.
Sözügedən səhifə elm və təhsil nazirinin paylaşımına ““Neftçi” dırnaqda yazılmalıdır” deyə irad bildirib. Emin Əmrullayev isə həmin rəyə “bu, işin asan tərəfidir, çətin hissəsini “Neftçi” gördü”” cavabını yazıb.
Qeyd edək ki, “Grammar Azi” səhifəsi feysbukda Azərbaycan
dilinin orfoqrafiyası ilə bağlı paylaşımlar edir. Azərbaycan dilinin
qaydalarının düzgün öyrənilməsinə xidmət edən bu səhifə feysbukda
fəaliyyət göstərən digər səhifələrin və tanınmış şəxslərin yazı
xətalarını aşkara çıxarır.
Xatırladaq ki, “Neftçi” finalda Niderland millisini 20:12 hesabı ilə məğlub edərək qalib olub.