64935118e7f27202306233552
Nazir verdiyi sözü tutub onunla nərd oynadı - VİDEO

Bu gün “İnsan Resursları Zirvəsi 2023” tədbirində maraqlı məqam baş verib.

“Qafqazinfo”nun məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbov tədbir iştirakçılarından Vəfadar Babayev tərəfindən nərd duelinə dəvət olunmuşdu.

Nazir isə bu təklifə müsbət cavab verərək, görüşün tezliklə baş tutacağını bildirmişdi.

Gün ərzində isə artıq həmin duel gerçəkləşib.

Qalibin kim olduğu isə sual olaraq qalır.



 Bizi Facebookda izləyin
21.06.2023 23:35
show 509