Nazir təyin olunan Adil Kərimli kimdir? - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə Adil Kərimli mədəniyyət naziri təyin edilib.
Qlobal.net xəbər verir ki, Adil Kərimli "Milan Ekspo”, "Dubay
Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik
edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki
Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.
Həmçinin, Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki
bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi
Azərbaycan mədəniyyəti günləri üzrə İşçu Qrupunun üzvu olub. Heydər
Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı
mədəniyyət layihələrinin kuratoru kimi çalışıb.
"Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin
rəhbəri olub, 2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi
etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi qrupunun rəhbəri kimi
çalışıb.
Həmin dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər
komitəsinin üzvü olub. A.Kərimli 1979-cu il təvəllüdlüdür, 1999-cu ildə
Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2001-ci ildə isə
magist elmi dərəcəsində bitirib, hüquq üzrə fəlsəfə doktorudur.
Adil Kərimli Prezidentin 2012-ci il 8 oktyabr tarixli sərəncamı ilə
Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin edilmişdi.
O, dövlət başçısının 22 dekabr 2022-ci il tarixli müvafiq
sərəncamları ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini
vəzifəsindən azad edilərək, mədəniyyət nazirinin birinci müavini təyin
edilib, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti
icra etmək səlahiyyətləri verilib. (Qaynarinfo)