AzTV-nin sabiq sədri Arif Alışanovun xanımı Mehriban Əlişanovaya yeni vəzifə verilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə Mehriban Nadir qızı Əlişanova Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri təyin olunub.
Qeyd edək ki, bu vəzifəyə qədər Mehriban Əlişanova Hesablama Palatasının sosial xidmətlər üzrə auditoru vəzifəsində çalışıb.