Nazim İbrahimov əmlaklarını satdı — Kirayədə yaşayır
Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov bütün əmlaklarını satıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, sabiq sədr hazırda kirayədə yaşayır.
Məsələ ilə bağlı Nazim İbrahimovla əlaqə saxladıq. O, bu barədə danışmaq istəmədiyini bildirdi.
Qeyd edək ki, N.İbrahimov 2008-2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olub.