65b37a4ec82c4202401242430
Nazilənin sözünə Şəbnəmdən ETİRAZ: "Həcinin hesabına..." - VİDEO

"Xına məclislərini əldə tutmaq da bir naxışdır. Bunu bacarmışam. Elə bilirsiniz ki, sponsorsuz, daydaysız, "Həcisiz" bura qədər gəlib çıxmaq asandır?"

Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Nazilənin bu sözlərinə proqramda qonaq qismində iştirak edən müğənni Şəbnəm Tovuzlu gözlənilməz reaksiya verib.

Nazilə isə üzünü Şəbnəmə tutaraq, "Sən "Həci"nin köməkliyi ilə gəlmisən bu sənətə?" deyə sual verib. Tovuzlu isə ""Yox". Amma hansı müğənni bu sənətə "Həci"nin köməkliyi ilə gəlib? Adını çəkin. Mənim dilim od olub. 10 il əvvəl bir "Həci" sözünü demişəm. Bununla da belə şeyləri yaydılar. Yazıq canım, qoyun, bu söhbətləri kənara" cavabını verib.
Daha sonra şairə fikirlərini belə davam etdirib: "Mən sponsordan danışıram. Şəbnəm, sən özünü mənim dediklərimə niyə aid edirsən?"
Efirdə yaşanan həmin anları sizə təqdim edirik:


26.01.2024 13:23
show 4868