Xəbər verdiyimiz kimi, şair Nazilə Səfərli müğənni Xatirə İslamla bağlı "Onu xoşbəxt etmək çətindir. O, anlıq xoşbəxt olanlardandır. Davamlı xoşbəxt ola bilmir" sözlərini deyib.
Qlobal.net axşam.az-a istinadən bildirir ki, Səfərlinin "Deyib ki, çantamda 10 min dollar var, amma xoşbəxt deyiləm" sözləri ifaçını özündən çıxardıb.
Xatirə belə bir söz demədiyini, fikirlərin ona aid olmadığını bildirib. O, @axsamaz instaqram səhifəsində bununla bağlı şərh yazıb.
"Mən elə bir söz deməmişəm, demərəm də" deyə, Xatirə şərhdə bildirib.