Nazilə Səfərli qəzəbləndi: ”Ya məndən üzr istəyəcək, ya da...”
"Məndən görüntülü üzr istəyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında şairə Nazilə Səfərli rəqqasə
Fatimə ilə aralarında olan məhkəmə qərarından danışarkən deyib. O
bildirib ki, ilk gündən Fatiməyə qarşı qaldırdığı məhkəmə işində qarşı
tərəfə olan tələbləri dəyişilməz qalıb:
"Məhkəmə mənim xeyrimə qərar verib. Tələbim dəyişməz qalır, heç nə
dəyişməyib. Görüntülü üzr istəyəcək, tələb etdiyim təzminatı da
ödəyəcək. Rəqsə yeni gələn və maddi vəziyyəti zəif olan qızlara rəqs
paltarı alacağam. Onların hər birinə milli geyimlər alacağam. Böhtan
atmaq pis bir şeydir. Mənə ünvanlanan ifadəni bağışlamıram. Hələ mən
insanlıq elədim, dedim ki, səhv yoldasan, geri dön. Dönə-dönə dedim ki,
ünvanıma dediyin ifadələrə görə məndən üzr üstə. İndi qanun qarşısında
cavab verəcək. Mən uşaq deyiləm ki, oturduğum yerdə məni təhqir edir.
nun adını çəkməmişəm. Niyə hər deyilən sözü özünə götürür?”.
Qeyd edək ki, şair Nazilə Səfərli rəqqasə Fatimə Fətəliyeva
arasında baş verən məhkəmə prosesi davam edir. Məhkəmədə uduzan Fatimə
Apellyasiya Məhkəməsinə müraciət edib. Amma proses Nazilə Səfərlinin
xeyrinə yekunlaşıb.
Xatırladaq ki, Nazilə Səfərli məhkəmədə Fatimədən 50 min təzminat
istəyib. Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala
Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların
birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud
şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda
böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər
deyə, incə qala bilməmişik, kobud qalmışıq”.