Nazilə Səfərli həbs xəbərindən DANIŞDI: “Getmişəm, yenə də gedəcəyəm”
"Kəlbəcərə getmişəm, yenə də gedəcəyəm. Çünki orada işim var”.
Bunu Qaynarinfo-ya açıqlamasında şairə Nazilə Səfərli həbs olunması
xəbərinə aydınlıq gətirərkən deyib. O, heç vaxt qanundan kənar addım
atmadığını vurğulayıb:
"Həbs çox ağır xəbərdir. Belə məlumatı yayanda mütləq adamın
ailəsini nəzərə almaq lazımıdr. Ata-anası, ailəsi, balası, gəlini,
qudası bu xəbəri eşidəndə nə yaşayacaqlar? Hətta həbs xəbəri düzgün olsa
belə, ehtiyatlı davranmağı bacarmaq lazımdır. Peşəkarlar heç vaxt
havadan məlumat yazmır, onu dəqiqləşdirir. Qeyri-peşəkardırlar. Mən nə
deyim? O qədərmi cahiləm ki, qanunsuz, icazəsiz 30 ildir həsrətində
olduğum torpaqların ziyarətinə gedim? Yox, mən bunu qanunsuz heç vaxt
etmərəm”.
Nazilə Sərəli insanlara səslənib:
"Oturub fikirləşirəm ki, niyə məndən bu qədər yazırlar? Gör nə
qədər şair, yazıçı var. Qələmi qılıncdan iti şairlərimiz də çoxdur, niyə
onlardan yazmırlar? Çox qəribədir. Bəziləri yazırlar ki: "Gürcüstanlı
getdi Kəlbəcərə, biz qaldıq”. Hətta bir neçə kəlbəcərli iş adamı var ki,
mənim ora getməyimə etirazlarını bildirir, niyə Nazilə Səfərli
Gürcüstandan ola-ola Kəlbəcərə gedir, amma biz burdan-bura ora gedə
bilməmişik. Mənim həmin anda ağlıma dayım oğlu gəldi. Dayım oğlu
müharibədə olub və orada qızğın döyüşlərdə itkin düşmüşdü. Hardasa 3-4
gün biz onu tapa bilmədik. Mən onu morqlarda meytlər və itkin düşənlər
arasında axtardım. Bir insan soruşmadı ki, sən Gürcüstandansan, xeyir
ola, gəlib Qarabağda döyüşən qohumunu axtarırsan? Xeyir ola, siz
döyüşürsünüz? Şəxsi büdcəmdən 5 min manat Azərbaycan ordusuna keçirdim.
Bir adam sual vermədi ki, sən Gürcüstandansan, xeyir ola, sən də pul
keçirirsən? Amma mən Kəlbəcərə gedən kimi başladılar ki, xeyir ola,
Nazilə Kəlbəcərə gedib. Bax siz busunuz, - cahil düşüncəli insanlara
səslənirəm. Mən 1993-cü ildən Azərbaycan vətəndaşıyam. Orta məktəbin son
siniflərini burda bitirmişəm. Azərbaycanın suyunu içib, torpağında
gəzmişəm. Buranın pisinə də varam, yaxşısına da. Ruhumla türkəm,
azərbaycanlıyam”.