"Böyük səy göstərib, çoxluq olduq. Bəhsə girdik. Hər yerdə özümüzü gözə soxduq".
Qlobal.net olay-a istinadən xəbər verir ki, bu sözləri instaqramda şair Nazilə Səfərli paylaşıb. O, şou nümayəndələrinin etdiyi yardımlardan və tənqid olunmalarından söz açıb:
"Könüllü şəkildə söyülə-söyülə, danlana-danlana, alçaldılmaqdan həzz alaraq, özümüzü dilə-dişə sala-sala, pandemiya başlayan gündən qapı-qapı düşüb az təminatlı ailələr tapdıq, yardım payladıq. Yardımın torbası zəif olanda söyüldük, güclü olanda bəxtəvərlik verildi. Pulumuz olmayanda da heç kim inanmadı və yenə söyüldük. Hər dəfə də imkansız ailələrə borclu qaldıq. Beləliklə tənbəlliyin inkişafında böyük əməyimiz oldu. Afərin sizə, şou-biznes".
O, daha sonra paylaşımın rəy bölməsində bu sözləri qeyd edib:
"Bayaq biri zəng edib, ev tikməyə 10 min pul istədi. Elə istəyir, yəni ki, 10 milyondan 10 min versən, ölməzsən tərzində. Dedim, vallah yoxumdur. Dedi ki, evin başına uçsun, ləçər. Başqa ölkədə yaşaya bilmərəm".