650545e0300fd202309230624
Nazilə Səfərli: "Bunun belini qırana məndən qonaqlıq..." - VİDEO

"Rizin" Döyüş Federasiyasının noyabrın 4-də Bakıda təşkil edəcəyi "Landmark 7" turnirindən öncə mətbuat konfransı keçirilib.

Konfransda Azərbaycan MMA döyüşçüsü Vüqar Kərəmovun yaponiyalı rəqibi Çihiro Suzukinin qalmaqallı hərəkətləri birmənalı qarşılanmayıb.

Onun qeyri-adi jestləri şou əhlinin bəzi nümayəndələrinin də narazılığına səbəb olub.

Tanınmış şairə Nazilə Səfərlinin sosial şəbəkə hesabında bu barədə yazdığı şərh diqqət çəkib. İdmançının bu hərəkətindən qəzəblənən məşhur paylaşımın şərh bölümünə bunları yazıb.

"Gör qonağa nə qədər üz vermişik ki, stolun üstünı çıxıb ultimatum verir. Bunun belini kim qırsa, ona özüm qonaqlıq verəcəyəm, beyin çöndü. (milli.az)



16.09.2023 10:45
show 8579