photo_99982739
Nazilə ilə Cığatel arasında QALMAQAL: “Anam yaşındadır...” - VİDEO

Şairə Cığatel İsaqızı həmkarı Nazilə Səfərli ilə “kəllə-kəlləyə” gəlib.  

Qlobal.net xəbər verir ki, “Nahara az qala” mətbəx şousunda qonaq olan Cığatel aparıcının “Nazilə Səfərli ilə aranız necədir?” sualını eşidər-eşitməz sərt reaksiya verib.

C.İsaqızı “Stop elə! O sualı mənə verə bilməzsən. O sualı ümümiyyətlə verilişdən çıxarın” - deyərək, etiraz edib.  

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı qarşı tərəflə, yəni şairə Nazilə Səfərli ilə əlaqə saxlayıb.  

Nazilə onun adını eşidərək əsəbiləşən Cığatel İsaqızı haqda ikibaşlı açıqlaması ilə gündəmə damğa vurub.  

“Cığatelin qızı yaşındayam. Mənim onunla axı nə problemim ola bilər? Adam da anası ilə problem yaşayar? Əslində, Cığatelin adımı eşidəndə sərt reaksiya verməsi normaldır. Çünki ulduzlar tək-tək parlar” – deyə, N.Səfərli bildirib. 

06.08.2022 09:59
522