Müğənni Nazənin Salayeva ad çəkmədən düşmən olduğu həmkarı Təranə
Qumralın "Üzərimdə geyim və aksesuarların qiyməti 52 min manatdır"
deməsini tənqid edib.
Sənətçi bu haqda qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb.
"Mən şişildilmiş qiymət deməyəcəyəm. Təəssüflər olsun ki,
verilişə gələn digər həmkarlarım geyindikləri geyim, taxdıqları
aksessuarlarının qiymətini şişildilmiş şəkildə deyirlər.
Biri deyir ki, saatımın və üzüyümün qiyməti 52 min manatdır (düşmən
olduğu Təranə Qumralı nəzərdə tutur - red.). Amma sürdükləri
avtomobillərinin qiyməti 15-20 mindir. Həyatda 5 gün yaşayırıq. Normal
müğənnidirlər insan arasına çıxırlar, o 52 min dediyi saatı satıb
özlərinə yaxşı avtomobil alsınlar.
Otursunlar o maşına həyatlarının keyfini çəksinlər. Qonşudan,
rəfiqələrindən alırlar, mağazadan kirayə götürürlər, "həşir" qatırlar
özlərinə... Əziz tamaşaçılar onların elədikləri sizə görə deyil, bəzi
digər müğənnilərə acıq vermək üçündür. Siz bunlar özünüzə götürməyin.
Buna görə heç də əsəbləriniz körlanmasın.
Keçən səfər bir məclisdə idim. Mənə xanımlar yaxınlaşdılar söylədilər
ki, məşhurların efirə çıxıb geyimlərinin qiymətlərini söyləməsi düzgün
deyil. İndi həmin müğənnilərə resept versələr ki, gedin bu dərmanı
imkansız şəxsə almaq lazımdır, onu almamaq üçün 50 bəhanə gətirəcəklər.
Amma burada həqiqətən də şişildilmiş giymətlər deyilir. Axı bu
göstərişlər nəyə lazımdır? Bu kimi şeyləri demək Allaha da xoş getmir.
İnsanın adamlığı vicdanı, əxlaqı, yaşayışı gərək bahalı olsun. Qalanları
boş şeylərdir. Belə şeylər efirdə danışıb insanları aldatmaq, ələ
salmaq deməkdir", - deyə Nazənin vurğulayıb.
Qeyd edək ki, Nazənin Salayeva ilə Təranə Qumral arasında
qalmaqal 9 il bundan əvvəl keçmiş "ANS" telekanalının “Bazar səhəri”
verilişində yaranmışdı.
Müğənni Təranə Qumral həmkarı haqqında “Nazənin 7 dəfə ərdə olub”
deməsinin ardınca qarşı tərəf “Təranəni ərimlə tutmuşam” kimi şok
açıqlamalar vermişdi. Bundan sonra müğənni Nazənin özü və əri haqqında
səslənən təhqir və ittihamlara görə qarşı tərəfi məhkəməyə vermişdi.
Məhkəmə Təranə Qumralın həmkarı haqqında dediyi sözlərin böhtan və yalan
olduğunu sübuta yetirərək, onun şərəf və ləyaqətini alçaltdığına görə
10 min manat təzminat cəzası və efirdə qarşı tərəfdən üzr istəməsi
barədə qərar qəbul etmişdi. Bundan narazı qalan Təranə Qumral
Apellyasiya Məhkəməsinə şikayət etmiş, məhkəmə təzminat cəzasını 3 min
manata endirmişdi. Bundan da narazı qalan müğənni Ali Məhkəməyə şikayət
ərizəsi vermişdi. Müğənnilər uzun illərdirdir ki, düşmən
mövqeyindədirlər. (bizimmedia)