“İstisna etmirəm ki, Azərbaycan 1924-cü ilin 9 fevralında yaradılmış Naxçıvan Muxtar Respublikasının statusunu nəzərdən keçirmək planlarına malik olsun. Bununla da Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə “şimaldan cənuba” prinsipi barədə razılıq əldə edilməsi sülh gündəliyində Bakının diktə və maraqlarını xarici oyunçuların qarşısında önə çıxarır”.
Qlobal.net xəbər verir ki, bunu siyasi təhlilçi Aqşin Kərimov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın sülh gündəmindəki alternativ qələbəsinin əsas aspekti Zəngəzur dəhlizi layihəsinin reallaşması ilə mümkündür:
“Bu baş verdikdə Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər, təbii ki, onun üçün referendum keçirilməlidir”. (yenisabah.az)