Naxçıvanda İLK: Vasif Talıbovun bu qadağaları götürüldü
Naxçıvan Muxtar Respublikası (MR) ərazisində ilk dəfə olaraq Bakıdakı market şəbəkələri fəaliyyətə başlayacaq.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə
Naxçıvan şəhərinin mərkəzindəki "Gənclik" kafesi adlanan binanın birinci
mərtəbəsində məşhur market şəbəkələrindən biri ilk dəfə olaraq xidmət
göstərəcək. Hazırda sözügedən binada mağazanın açılışına hazırlıq işləri
görülür.
Bütün market və restoran şəbəkələrinin Naxçıvanda fəaliyyət göstərməsinə yaradılan süni maneələr artıq aradan qaldırılıb.
Qeyd edək ki, indiyədək Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun
xüsusi göstərişi ilə heç bir market və restoran şəbəkələrinin, həmçinin
taksi xidmətlərinin Muxtar Respublikada fəaliyyətinə icazə verilməyib.