Naxçıvanda dəhşət: ərli qadını evinə apardı, hamamdan çıxdıqdan sonra... - ŞOK
Naxçıvanda 1985-ci il təvəllüdlü Emil şəxsi münasibətlər zəminində
yaranan mübahisə zamanı münasibətdə olduğu 2000-ci il təvəllüdlü Nərmini
(adlar şərti verilib – red.) qətlə yetirib.
Qlobal.net Teleqraf.com-a
istinadən xəbər verir ki, Emil 2020-ci ildə Nərminlə tanış olduqdan
sonra onun evli olduğunu bildiyi halda, mütəmadi görüşməyə başlayıb.
Sonuncu
dəfə Emil 18 iyun 2023-cü ildə saat 13.00-da dövlət qeydiyyat nişanı və
sürücüsü istintaqa məlum olmayan, taksi işlədən şəxsin avtomobili ilə
Nərminin anası Fidanın evinə gəlib. Nərmin də avtomobilə əyləşdikdən
sonra birlikdə Emilin anası Məlahətin evinə gediblər.
Emillə
Nərmin orada könüllü cinsi əlaqədə olublar, duş aldıqdan sonra evin
salon otağındakı divanda əyləşiblər. Saat 16.00-da Nərmin Emildən 700
manat istəyib. Emil isə həmin məbləğdə pulunun olmadığını, ona 320 manat
verə biləcəyini deyib.
Bu zaman Nərmin nalayiq ifadələrlə Emili
təhqir edib. Emil Nərminin dəfələrlə onun ünvanına təhqiredici ifadələr
işlətməsindən əsəbiləşib, onu cəzalandırmaq qərarına gəlib. Boynunda
olan dəsmalı oturduğu divanda yanında arxası ona tərəf əyləşmiş Nərminin
boyun nahiyəsinə salaraq hər iki əli ilə sıxaraq onu boğub. Nərmin
“Emil, boğuluram” desə də, buna əhəmiyyət verməyib, onu 6-7 dəqiqə
ərzində boğmaqla qətlə yetirib.
Nərminin öldüyünə əmin olan Emil
meyiti mənzildə qoyaraq qapını bağlayıb və Naxçıvan şəhərindəki
mənzilinə gedib. Paltarlarını dəyişdikdən sonra təkrar hadisə yerinə
qayıdıb. Meyiti evin həyətindəki zirzəmiyə aparıb.
Daha sonra
qeyd olunan ünvanda yerləşən mənzilinə qayıdıb. Növbəti gün, yəni iyunun
19-da saat 05:22, 05:24 və 05:26 radələrində polis əməkdaşı İlqara
SMS-lə, sonra isə telefonla yenə polis əməkdaşlarına Qaraxanbəyli
kəndində adam öldürməsi və meyitin yeri barədə məlumatlar verib. Həmin
ünvana gedən polis əməkdaşları Nərminin meyiti evin həyətindəki
zirzəmidə aşkar ediblər.
İstintaq orqanı tərəfindən Emilin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Gülümsəməsinin səbəbini soruşdum”Cinayət
işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emil ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2020-ci ildə
Naxçıvan şəhər Nəqliyyat İdarəsində qeydiyyatçı işləyərkən dükandan su
almaq üçün icra hakimiyyətinin yanındakı dayanacağa gedib:
“Avtobusa
mindikdə ətrafa göz gəzdirdim. Bir xanım mənə baxırdı. Əvvəlcə onun
məni kiməsə bənzətdiyi üçün baxdığını düşündüm. Yenidən ona tərəf
çevrildikdə hələ də baxmağa davam etdiyini gördüm. Bağçanın yanına - son
dayanacağa çatanda avtobusdan düşüb evimə getdim.
Bir gün
idarəyə gedərkən həmin xanımın dayanacaqda avtobus gözlədiyini və yenə
mənə baxdığını görsəm də, əhəmiyyət vermədim. Bu proses bir həftə bu cür
davam etdikdən sonra xanımın arxasınca gedərək yaxınlaşdım və mənə
baxaraq gülümsəməsinin səbəbini soruşdum. O, evli olduğunu söylədi. “Mən
də evliyəm, amma niyə mənə baxıb gülümsədiyinizi bilmək istədim” dedim.
Daha
sonra nömrəmi ona verdim. Dedim ki, işə gecikirəm, nə isə sözünüz olsa,
mənə zəng edə bilərsiz. İdarədə olarkən mənə tanımadığım nömrədən zəng
gəldi. Əlaqə saxladıqda həminki xanım olduğunu bildim. Xanım mənə
növbəti gün görüşməyi təklif etdi. Mən də qəbul etdim”.
“Hər dəfə görüşdükdə pul istədi”Emil
qeyd edib ki, növbəti gün onlar “Qızlar bulağı”nda görüşüblər: “Mən
Nərminə “siz evlisiniz, kənardan görən olar, ailəniz bilər, sizin üçün
problem yaranar” dedim. Nərmin isə ürəkli olmağımı, çəkinməməyimi
məsləhət gördü. Daha sonra işə gecikdiyim üçün getməli olduğumu, vaxtım
olarsa, sonrakı gün görüşə biləcəyimizi dedim.
Səhəri gün saat
12.00-da “Park AVM”də görüşdük, söhbət etdik. Nərmin ərini sevərək
evlənmədiyini söylədi. Bir qədər sonra aramızda yaxınlaşma oldu. O,
məndən boş ev tapmağımı istədi. Mən də öz evimin olduğunu dedim. Biz
görüşüb cinsi əlaqədə olduq.
Bundan sonra əlaqələrimizin problemə
səbəb ola biləcəyini düşündüyüm halda, ona bağlandığımdan münasibəti
davam etdirdim. Nərmin hər dəfə mənimlə görüşdükdə pul istəyir, ancaq
məcbur etmirdi. Mən də öz razılığımla ona istədiyi məbləği verirdim.
Münasibətlərimiz
davam etdiyi müddətdə Nərminə, onun övladına geyimlər almışam, evi üçün
bazarlıq etmişəm. Övladının ad günündə ərzaq almışam, onu “Su səsi” və
“Xan çinarı” restoranlarına gəzmək üçün aparmışam.
Nərmin məndən
bacısı üçün 250 manat, qardaşı üçün 150 manat istədikdə onları da
ödəmişəm. 8 martda bacısı vasitəsilə Nərmin üçün pul göndərmişən.
Həmçinin qardaşının telefonunu düzəltdirmək üçün 30 manat pul vermişəm”.
“Pis yola düşməsini istəmədim”Emil
deyib ki, bir gün evdə olarkən Nərminin ərinin xalaqızısı ona zəng
edib, ondan “siz evli qadınla danışdığınız üçün utanmırsınız?” deyə
soruşub: “Mən ona aramızdakı münasibəti Nərminin başlatdığını dedim. O
da Nərminin tək mənimlə ünsiyyət saxlamadığını, telefonundan başqa nömrə
və şəkillər tapdıqlarını da söylədi.
Bundan sonra Nərmin zəng
edərək ərinin dayısı nəvəsinin gecə saat 00.00-da onun yataq otağına
girməsi barədə danışdı. Eşitdiklərimdən sonra Nərminin pis yola
düşməsini istəmədiyimdən münasibətimə davam etdim. Onu özümdən
uzaqlaşdırmadım.
Lakin Nərmin son vaxtlar çox dəyişdi, telefonu
daima məşğul olurdu. Ondan kiminlə danışdığını soruşduqda, xalaqızısı
ilə danışdığını deyirdi”.
“Dedi, kişi olsaydın, o pulu mənə verərdin”Təqsirləndirilən
şəxsin sözlərinə görə, Nərmin əri ilə yola gedə bilməyib, ərinin başqa
qadınla münasibəti olub, onlar boşanmaq üçün məhkəməyə müraciət ediblər:
“Hadisə günü səhər saatlarında Nərmin anası ilə mediasiyadan
sənədlərini götürmək üçün getdi. Ona zəng etdim, görüşmək istədim. Mənə
ərinin uşağı götürmək üçün gələcəyini, daha sonra mənimlə əlaqə
saxlayacağını dedi.
Günorta saatlarında taksi ilə Nərmini
götürdüm və Naxçıvan şəhəri, Qaraxanbəyli kəndindəki anama məxsus evə
apardım. Biz iki dəfə cinsi əlaqədə olduqdan sonra Nərmin divanda arxası
mənə tərəf əyləşdi, söhbət etməyə başladı. Məndən 700 manat istədi.
Nərmin əvvəlcədən danışdıqlarımıza əsasən 100 manat övladı üçün, 100
manat bacısı üçün, 120 manat isə don almaq üçün olmaqla ümumilikdə 320
manat verəcəyimdən üstümdə əlavə pulu olmadığını söylədim. Ona bütün
ehtiyaclarını ödədiyim halda 700 manatı nəyə görə istədiyini soruşdum.
Bir
neçə dəfə təkrar soruşmağıma baxmayaraq Nərmin cavab vermədi və üz
ifadəsi dəyişdi. Ondan niyə üz ifadəsinin dəyişdiyini, cavab vermədiyini
soruşdum. “Ay şəxsiyyətsiz, şərəfsiz, sən kişi deyilsən, nakişisən, sən
kişi olsaydın o pulu mənə verərdin" deyə nalayiq ifadələr işlətdi”.
“Adam öldürməyimələ bağlı mesaj yazdım”Təqsirləndirilən
şəxs qeyd edib ki, bu zaman gözünə heç nə görünməyib və əsəblərini
cilovlaya bilməyib: “Boynumdakı dəsmalı Nərminin boynuna salıb sıxdım.
Sıxdıqda onun əlləri boşaldı. Bundan sonra keçindi, sürüşərək divandan
yerə düşdü. Dəsmalı onun boğazından çıxardım. Özümdə olmadığından
divanın üstündəki yastığı götürüb Nərminin ağzına qoydum. Sonra onun
gözlərinin qızardığını, əllərinin kilidləndiyini gördüm. Anidən diksinib
özümə gəldim. Özü-özümə “Emil, sən nə etdin?” deyə soruşdum.
Bir
qədər sonra qapını bağlayaraq öz evimizə getdim. Ancaq narahat olduğum
üçün orada qala bilmədim, geri qayıtdım. Yay ayı olduğundan meyit evdə
iylənməsin deyə Nərmini qucağıma alıb evin zirzəmisinə apardım, evimizə
qayıtdım. Evdə törətdiyim əmələ görə qaçmamalı, gizlənməməli olduğumu
düşündüm. Sadəcə son gecəni ailəmlə keçirdikdən sonra təslim olmaq
qərarına gəldim.
Gecə Nərminin rəfiqəsi mənə zəng etdi, Nərmini
soruşdu, anasıgilin narahat olduğunu və onu axtardığını dedi. Özüm
təslim olmaq istədiyimdən hadisə barədə heç nə demədim. Nərmindən
xəbərim olmadığını bildirdim.
Səhər tezdən əvvəlcə polis işçisi
İlqara cinayət törətməyimlə bağlı mesaj yazdım. Ondan cavab gəlməyəndə
eyni mesaji saat 05.22-də digər polis işçisinə göndərdim, o da cavab
vermədi. Daha sonra İlqar zəng edərək mənə “sabahın xeyir, mesaj
yazmısan, deyəsən bizlə zarafat edirsən” dedi. Mən isə ciddi olduğumu
bildirdim. Məndən harda olduğumu soruşdu. “Evdəyəm, hadisə yerinə
gəlirəm” dedim.
Ana-atama tutduğum əməl barədə danışdım, polisə
dediyimi və təslim olmağa getdiyimi bildirərək onlarla sağollaşdım.
Evdən çıxdıqda qapıda İlqar müəllimi gördüm. Onun maşınına əyləşərək
hadisə yerinə getdim”.
“Çox peşmanam”Təqsirləndirilən
şəxs bildirib ki, onların münasibətini Nərminin anası bilməsə də, bacısı
və qardaşı bilib: “Nərminlə bəzən sözümüz olsa da, nə ona, nə də ailə
üzvlərinə pis olmamışam.
Hadisə günü içki, yaxud hər hansı dərman
qəbul etməmişəm. Əvvəlcədən onu öldürmək niyyətim olmayıb. Bu yaşımadək
heç kəsə mənim ləyaqətimi alçatmağa icazə vermədiyimdən Nərminin
nalayiq ifadələri mənə pis təsir etdi. Özümdən çıxaraq onu öldürmüşəm.
Epilepsiya xəstəsi olduğumdan əsəblərim yerində deyil, tutduğum əməldən
çox peşmanam”.
“Ömürlük həbs edilməsini istəyirəm”İş üzrə
zərərçəkmiş Nərminin anası Fidanın sözlərinə görə, Emilin qızı ilə
əlaqəsi olduğunu bilməyib: “Emili daha əvvəl görməmişəm. Hadisədən sonra
əlaqələrinin olduğunu və qızımı onun öldürdüyünü öyrənmişəm.
Xəstəxanadan
səhər-səhər mənə zəng edib qızımın ora gətirildiyini söylədikdə oğlumla
birlikdə xəstəxanaya getdik. Nərminin öldüyünü orada bildim. Emilin
ömürlük cəza verilməsini, güllələnməsini, ya da asılmasını istəyirəm”.
“Arvadımı maşın vurduğunu söylədilər”İş
üzrə şahid qismində ifadə verən Nərminin həyat yoldaşının sözlərinə
görə, 2020-ci ildə evləniblər, övladları olduqdan sonra Nərminin onun
anası ilə yola getməyib, ev işləri görməyib: “Buna görə münasibətimiz
korlandı və hadisə baş verməmişdən əvvəl biz boşanmaq üçün məhkəməyə
müraciət etdik.
Təqsirləndirilən Emili bir neçə dəfə avtobusda görmüşəm. Arvadımla münasibətindən xəbərim olmayıb.
Nərminə
mənim və anamı yola saldıqdan sonra evdəkilərə heç nə demədən övladımla
birlikdə evdən getdi. Bu barədə mənə evdən zəng edərək məlumat
verdilər.
Təxminən 2-3 gün sonra qayınanam Fidan anama zəng
edərək Ramazan bayramını təbrik etdi. Nərminlə münasibətlərimizi
soruşdu. Fidana Nərminin evdən çıxıb getdiyini dedik. Nərminin
xalasıgilə getdiyi məlum oldu. O vaxta qədər mən və ailəm Nərminin
özbaşına evdən getdiyinə görə onun harada olması ilə maraqlanmamışıq.
Bir
neçə dəfə Nərmingilə getdik, evə qayıtmağı təklif etdik. Ancaq geri
qayıdarsa, atamla barışacağını, lakin anamın üzünə baxmayacağını
söylədi. Buna görə də onunla razılaşmadıq, Nərmin geri qayıtmadı.
Bir
dəfə Nərminə zəng edərək övladımı görmək istədiyimi bildirdim. Uşağı
götürdüm. Birlikdə vaxt keçirdikdən sonra onu təhvil vermək üçün Nərminə
zəng etdim. Nərmin zənglərimə cavab vermədi. Uşağı bacısına verdikdə
ondan Nərmini soruşdum. O, Nərminin yerini bilmədiyini söylədi.
Növbəti gün işdə olarkən evdən mənə zəng edərək arvadımı maşın vurduğunu, İran məscidinə gəlməli olduğumu söylədilər”.
Bu cinayət işinə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin
hökmü ilə Emil 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını
ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilib.