65c5a224b88dd202402245516
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR - Bu tarixdə... - FOTO

Azərbaycanda növbədən kənar prezident seçkiləri başa çatdı. Bu yeni mərhələnin başlanması deməkdir. Dünənki seçki zəfər seçkisi olmaqla yanaşı, Azərbaycanın uğurlarının güclənməsinə xidmət edəcək. Xalqımız bu seçkidə də Qalib xalqın Qalib Prezidentinin yanında olmaqla ölkə rəhbərinin siyasətini və eləcə də Qarabağ daxil olmaqla ölkədə həyata keçirilən quruculuq işlərini fəal şəkildə dəstəklədiyini nümayiş etdirdi.

Cənubi Qafqazda və bütövlükdə regionda yaranmış yeni geosiyasi reallıqlar zaman keçdikcə öz yerini tapmaqdadır. Artıq Zəngəzur dəhlizinin açılmasının zəruriliyi daha güclü şəkildə dərk olunur. Bu da tam təbiidir. Hazırda regional və qlobal miqyasda cərəyan edən proseslərlə əlaqədar olaraq alternativ marşrutlara, o cümlədən də Orta dəhlizə böyük tələbat yaranıb. Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində olan Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi məhz Orta Dəhlizin davamı kimi inkişaf etdirilməlidir.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı referans.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, bu prezident seçkiləri Azərbaycanda ərazilərimizin bərpa olunmasından sonra keçirilən ilk seçki idi:

"Bu həm də bizim ərazilərimizlə bağlı öhdəliklərimizin davam etməsi deməkdir. 1-ci hədəfdə Zəngəzur dəhlizi, Ermənistanla sülh və bu kimi məsələlər var. Seçkilərdən sonra müəyyən dəyişikliklərin olması gözlənilir. Bu həm də cəmiyyətin tələbidir. Cəmiyyət bu etimadı torpaqları azad eləmiş prezidentə göstərdi.Bu dəfəki insanların etimadı Qarabağla bağlıdır. Ümid edirəm ki, bu istiqamətdə həm Zəngəzur dəhlizi ilə bağlı həm də islahatlarla bağlı ciddi proseslər yaxın zamanda başlayacaqdır.

Politoloq Turan Rzayev isə bildirir ki, Zəngəzur Azərbaycanın tarixi torpağıdır:

"Zəngəzurun Ermənistana verilməsi prosesi də qanunsuz baş veribdir, çünki heç bir referendum keçirilməyib, sadəcə pay kimi ötən əsrdə Ermənistana verilibdir. Təbii ki, mövcud reallıqlar çərçivəsində Zəngəzurun müharibəylə geri alınması mümkün deyil. Zəngəzurun bizə qaytarılması müxtəlif geo-siyasi proseslər fonunda baş verə bilər, amma hal hazırdakı vəziyyət buna uyğun deyil. Cənab prezidentin də dediyi kimi biz Zəngəzura qayıdacayıq, amma top-tüfənglə yox, dinc yolla qayıdacayıq".

Politoloqun sözlərinə görə, Azərbaycan bundan sonra regionda sülhün və əmin-amanlıqın bərqərar olunması istiqamətində işlər görəcək. Azərbaycanın Ermənistanla müharibə kimi bir niyyəti yoxdur. Hətta Fransa və digər Avropa ölkələrində bu yolda mənfi təbliğatlar aparılır. Guya Azərbaycan Ermənistana hücum etməyə hazırlaşır deyilir. Bütün bunların hamısı regionda gərginliyi artırma xarakterli addımlardır.

Turan Rzayev hesab edir ki, Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalayacaq. Ölkə başçısının hazırda qarşısına qoyduğu ən böyük hədəflərdən biri budur.  

09.02.2024 07:55
5093