6433f3b622030202304233206

Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR - Bu tarixdə açılacaq...

“Silahlı qüvvələrimizin rəhbərliyi, eyni zamanda ölkə başçısı bununla bağlı ciddi şəkildə çalışır. Hər hansı bir problem yaşanmazsa, mən belə düşünürəm ki, bu ilin sonuna qədər Zəngəzur dəhlizi açıla bilər”.

Bunu Referans.az-a Zəngəzur dəhlizində gedən proseslərlə bağlı açıqlamasında hərbi ekspert Ramiz Şərifov deyib. 

O, hazırda bir sıra ölkələrin buna qısqanc yanaşdığını, lakin hər iki ölkə başçılarının dəhlizin açılması ilə bağlı bəyannamə imzalamasının uzun çəkməyəcəyinin bildirib: “Zəngəzur dəhlizinin açılması nə Rusiyanın, nə də İranın marağına sərf edir. Bu iki ölkə, əsas da İran Ermənistanı daim bizimlə müharibə etməyə təşviq edir. Çox insanı hazırda düşündürən məslələrdən biri də budur ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra ermənilər orada təxribata əl atacaq, oradan keçən avtomobillərimizə hücum edəcəklər və s. Lakin bunu deyə bilərəm ki, həmin yola bizim hərbiçilərimiz çox ciddi nəzarət edəcək və erməni tərəfinin əl atacağı ən kiçik təxribatın belə qarşısının qətiyyətlə alınacağını düşünürəm. Həmin yolda erməni tərəfinin bizi incitməsi bir şəkildə baş tuta bilər ki, bu da kənar qüvvələrin təsiri nəticəsində mümkündür. Yəni xarici ölkələr Rusiya  və xüsusilə də 44 günlük müharibədəki uğurumuzu həzm edə bilməyən İran erməniləri təxribata və ya bu kimi  işlər görməyə sövq etməzsə, mən inanmıram ki, Ermənistan durduq yerə bizə hücum etsin. Artıq Ermənistan tərəfi təxribat və bu xarakterli hücumlardan uzaq durmalı olduğunu anlamağa başlayıb, çünki artıq bizim ordumuz 1992-ci ilin ordusu deyil və onlar da bunu yavaş-yavaş dərk edir". 

Hərbi ekspert dəhlizin açılması ilə birlikdə vətəndaşların işinin xeyli asanlaşacağını bildirib.

"Zəngəzur dəhlizinin açılması isə Azərbaycan üçün olduqca əhəmiyyət kəsb edən bir məsələdir, çünki biz 30 ildən çoxdur ki, öz ərazimiz olan Naxçıvana hava yolu ilə gedib gəlmək məcburiyyətində qalmışıq. Dəhlizin açılması həm ölkəmizin, həm də vətəndaşlarımızın işini asanlaşdıracaq. Hazırda Zəngəzur dəhlizində gedən proseslərdən bu nəticəyə gələ bilərik ki, dəhlizin açılması elə də uzun çəkməyəcək, hətta hər hansı bir problem yaranmazsa və kənar ölkələrin təsiri olmazsa, dəhliz bu ilin sonuna, gələn ilin əvvəlinə kimi açılacağını düşünürəm. Silahlı qüvvələrimizin rəhbərliyi və ölkə başçısı bu barədə ciddi şəkildə çalışır və bunun yaxın zamanlarda nəticə verəcəyinə inanırıq”.

10.04.2023 15:31
show 2226