Naxçıvan aeroportunda biabırçılıq: "Pilot "uçamayacam" dedi..." - Türk jurnalist video payalşdı
Dünən Naxçıvandan Bakıya təyyarə reysi təxirə salınıb və onlarla insan hava limanında gecələmili olub.
Qaynarinfo-nun məlumatına görə, bu barədə türk jurnalist Cabbar Şıktaş məlumat verib.
O, hava limanındakı vəziyyətdən yazıb: "Belə rəzalət heç vaxt
görməmişdim. Bakıya getmək üçün saat 23:45-də Naxçıvan Hava Limanında
təyyarəyə mindim və həmin vaxt uçmalı idik. Təyyarə boş yer olduğundan
bir saata yaxın gözləməli olduq. Yəni bu saat ərzində sərnişinlərin
gəlişini izlədik. Biz türk sərnişin olduğumuz üçün etiraz etmədik, lakin
Naxçıvandan Bakıya uçan sərnişinlər bu vəziyyətə etiraz etdilər.
Sərnişinlərin etirazını görən pilot anons verərək, "Uçmayacağam,
təyyarədən enib evinizə gedin” dediyi üçün saatlarla təyyarədə gözləməli
olduq.
Məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilmədi. Nə rəsmi şəxs
qarşımıza çıxıb nəsə dedi, nə də vətəndaşa başa salan olmadı ki, reys
niyə təxirə salındı? Körpələr, uşaqlar, qadınlar, qocalar acınacaqlı
şəkildə taleyin ümidinə buraxılıb, hava limanında gecələməli oldular.
Hazırda hava limanının gözləmə zonasındayıq. Nə gələn var, nə də gedən”.
"Azərbaycan Hava Yolları” QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin
mətbuat katibi Nərmin Xəlilova Qaynarinfo-ya bildirib ki, məsələ ilə
bağlı açıqlama verə bilməyəcəklər:
"Çünki Naxçıvan Hava Limanı bizim tabeçiliyimizdə deyil. Ona görə də, sözügedən limanla əlaqə saxlamağınız tövsiyyə edilir”.