667d6c0f1b3c8202406244135
Natiq Qasımovun anasına Prezident təqaüdü TƏYİN EDİLDİ

Prezident İlham Əliyevin Sərəncamına əsasən Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi ilə əlaqədar onun anası Qasımova Dursun Əsgər qızına Prezident təqaüdü təyin edilib.

Bu barədə Qlobal.net-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəmanımızın anasına elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.

27.06.2024 17:40
show 329