30.09.2021
21:47
138

Narla sızanaq izlərinə son

Loading...

Mövsümlə əlaqədar üz maskalarında istifadə etdiyiniz tərkiblərdə dəyişiklik etmək lazımdır.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, dərinizdəki yaşlanma və sızanaq izlərini aradan qaldırmaq üçün nardan istifadə edə bilərsiniz. C vitamini ilə zəngin olan nar suyunun tərkibindəki antioksidan qırmızı şərab və ya yaşıl çaya nisbətdə üç qat daha çoxdur.

Nardan hazırlaya biləcəyiniz bir neçə maska reseptini təqdim edirik:

Tərkibi:

1 xörək qaşığı bentonit gili

1-2 yemək qaşığı nar suyu

Gil və nar suyunu qarışdırın. Barmağınızla üzünüzə və bütün boynunuza çəkin. 10-20 dəqiqə gözləyin və ilıq su ilə yuyun.

Tərkibi:

2 xörək qaşığı qatıq

1 çay qaşığı bal

1 çay qaşığı nar suyu

Qarışdırıb barmağınızın ucu ilə üzünüzə və boynunuza çəkin. Maksimum təsir göstərə bilməsi üçün maskanı 10-20 dəqiqə saxlayın və sonra isti su ilə yuyun.

Loading...