ABŞ-da qəribə hadisə baş verib.
Qlobal.net Milli.Az-a istinadla xəbər verir ki, 38 yaşlı Kelli Kozyra adlı qadın kokain istifadəsi səbəbindən həyatının ən böyük sarsıntısını yaşayıb.
Narkotik aludəçisi olan Kozyra dostları ilə bir ziyafətdə kokain istifadə etdikdən sonra sağlamlığında ciddi problemlər hiss edib. Üç ay davam edən narkotik istifadəsindən sonra burun dəliklərindən qan axmağa başlayıb. Əvvəlcə buna əhəmiyyət verməyən qadın sonradan üzündə böyük bir boşluq olduğunu görüb.
Kokain istifadəsi nəticəsində burnu tamamilə sıradan çıxan qadın bu problemə görə 15 əməliyyat keçirməli olub. Narkotik bağımlılığı səbəbindən Kozyra yemək yeməyi və yatmağı da dayandırıb, nəticədə işini itirib.
Kelli Kozyra başına gələnləri belə təsvir edib:
"Çox istifadə etdiyimi düşünmürdüm, amma nəticəsi fəlakət oldu. Üç ay davamlı istifadə etdikdən sonra burnumdan qan gəlməyə başladı və dəri parçaları qopmağa başladı. Çənəmin də getdikcə pisləşdiyini hiss edirdim, amma öz-özünə sağalacağını düşündüm. Axırda burun çəpərim tamamilə dağıldı. Üzümün kənarında böyük bir deşik yarandı" .
Müalicəsi üçün 80 min dollar xərcləyən qadın artıq narkotikdən uzaq durmağa çalışır.