Dünya
Narkotikə görə saxlanılan Oktay Kaynarcaya QADAĞA QOYULDU

Türkiyəli məşhur aktyor Oktay Kaynarcanın ölkədən çıxışına qadağa tətbiq edilib.
Qlobal.net xəbər verir ki, məşhurlara yönəlmiş narkotik istintaqı çərçivəsində səhər saatlarında saxlanılan aktrisa və müğənni Emel Müftüoğlu ilə aktyor Oktay Kaynarca barəsində istintaq tədbirləri aparılıb. Araşdırmalardan sonra hər iki şəxs ölkədən çıxış qadağası qoyulmaqla sərbəst buraxılıb.
Məlumata görə, Oktay Kaynarcanın vəkili onun ev dustaqlığına buraxılması tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə isə onun ölkədən çıxışına qadağa qoymaqla sərbəst buraxıb.
Aktyor saxlanılması ilə bağlı qısa açıqlamasında uzun illərdir narkotiklə mübarizəyə dəstək verdiyini və bu istiqamətdə aparılan əməliyyatları müsbət qiymətləndirdiyini bildirib.



