Salyanda “Narınc” Psixologiya Mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə Qlobal.net-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib
ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun
olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi
məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu
çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Salyan şəhəri,
Ənnağı Hüseynov küçəsi, 32A ünvanında yerləşən “Narınc” Psixologiya
Mərkəzində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində
çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya
sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa
təhlükə yaratdığı müəyyən edilib.
Mərkəzdə aşağıdakı nöqsanlar aşkarlanıb:
- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;
- obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb;
-
elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının
Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyektdə təxliyə planı mövcud deyil;
-
mətbəx otağının, sanitar qovşağının tavan sahələri yanar üzlük
materialla üzlənib və pilləkən qəfəsi taxta konstruksiyadan inşa edilib;
- daxili qaz boruları yivli birləşmələrlə istismar olunur.
Beləliklə,
mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam
etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa
müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları
nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin
kobud pozulması faktları aşkar edilmiş Salyan şəhəri, Ə.Hüseynov küçəsi,
32A ünvanında yerləşən “Narınc” Psixologiya Mərkəzinin fəaliyyətinin
dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin
nümayəndəsinə təqdim edilib.