nar

Narı yerə çırpın və möcüzəyə şahid olun - Bu tarixdə

Yeni il yalnız bayram süfrəsi və ailə birliyi ilə deyil, həm də qədim ənənələr və ritualarla zəngindir. Bu ritualardan biri narla bağlıdır. Nar Azərbaycan, Yaxın Şərq, Aralıq dənizi və Balkan mədəniyyətlərində məhsuldarlıq, bolluq və uğur simvolu hesab edilir.

Qlobal.net Musavat.com-a istinadla xəbər verir ki, nar ritualı adətən ilin son günü və ya Yeni ilin ilk saatlarında həyata keçirilir.

İnanclara görə, narı yerə atıb sındırmaq və dənələrinin ətrafa səpələnməsi yeni ildə evə bolluq, rifah və uğur gətirir. 

Nar ritualı necə həyata keçirilir?

Ən təravətli və iri nar seçilir. İnanılır ki, narın keyfiyyəti ritüalın uğuruna təsir edə bilər. Niyyət edilir, nar müəyyən bir niyyətlə yerə atılır və ya əllə sıxılaraq açılır. Bu zaman hər dənənin yeni ildə reallaşacaq bir arzuya çevrilməsi arzulanır.

Nar ritualı həm Yeni ilin enerjisini gücləndirmək, həm də qədimdən gələn mədəni dəyərləri yaşatmaq məqsədi daşıyır. Bu ənənə ailələri bir araya gətirir, insanlar arasında ümid və pozitivlik yaradır.

Bəzi mədəniyyətlərdə qapıda qırılan və evin girişinə səpilən nar dənələrinin həyat yoldaşınıza xeyir gətirəcəyinə inanılır. Bəzi mədəniyyətlərdə onun dirçəliş və ölümsüzlük kimi inancları da var.

Yunan mifologiyası - Ölüm və yenidən doğuluş. Yeraltı dünyasının tanrısı Hadesin Persefonu yerin altında saxlamaq üçün ona nar dənələri verməsi narı həm ölümlə, həm də yazın qayıdışı ilə eyniləşdirir.

Fars mədəniyyəti - Ölməzlik simvolu. Qədim farslar narı sonsuz həyatın rəmzi kimi qəbul edirdilər. Bu, məhsuldarlığın və həyatın açarı olaraq görülür.

Roma – Evlilik və məhsuldarlıq. Romalılar üçün nar evliliyə bolluq və məhsuldarlıq gətirən simvol idi. Gəlinlərin xoşbəxtliyi üçün nar yemələri zəruri hesab edirdi.

Misir - Əbədi həyat. Qədim Misirdə narlar ölümsüzlüyün qapısını açacaq açar kimi qəbirlərə qoyulurdu.

Yaxın Şərq – Səmavi məhsuldarlıq simvolu. Nar Yaxın Şərqdə cənnətlə əlaqələndirilir. 

02.12.2024 15:38
show 93