nanə
Nanə Ağamalıyeva ATV-dən ayrılır - Bu kanala keçir

"Xəzər" TV artıq indidən yeni mövsüm hazırlıqlarına başlayıb. Kanalın direktoru Murad Dadaşov digər kanalların bir çox tanınmış simalarını da kanala transfer etmək üçün çalışmalara başlayıb.

Qlobal.net Yenisabah.az-a istinadən xəbər verir ki, belə görüşlərdən biri də ATV kanalının tanınmış aparıcısı Nanə Ağamalıyeva ilə olub.

Məlumata görə, artıq tərəflər arasında ilkin razılaşma əldə olunub.

Kanal rəhbərliyinin məqsədi yeni mövsümdən daha keyfiyyətli və səliqəli efir siyasəti yürütməkdir.

03.07.2024 21:54
show 4106