mədinə
“Namussuz olsan, varlanmaq asandır” - Tanınmış prodüser şou əhlini “sürüdü”

Tanınmış prodüser Mədinə Məlik bu dəfə şou əhlini daş-qalaq edib.  

Qlobal.net xəbər verir ki, MTV telekanalına müsahibə verən prodüser efirdə var-dövlətini göstərən məşhurları sərt tənqid edib:  “Ən zəhləm gedən şey maşınını, evini reklam etməkdir. Nəyini reklam edirsiniz? Niyə gənclərimizi pozursunuz? Gənclər də evdə oturub baxırlar, fikirləşirlər ki, bunların nə qədər pulu var, gedim mən də müğənni olum. Bu nə danışıqdır? Bu nə düşüklükdür? Ayıb deyil?! İnsanlar var ki, evdə yeməyə çörək tapmır. Mən pandemiyada çörək bişirib satmışam və bununla fəxr edirəm”. 

O, bu var-dövlətə asanlıqla sahiblənən şou əhlinin ünvanına “yeddi qatından keçəcək” sözlər deyib: “Varlanmaq hər kəs üçün asandır, yetər ki, namus deyilən anlayışın səndə “N” hərfi belə olmasın, vəssalam”.

24.10.2022 16:42
show 548