Şou-biznes
Namiq Qaraçuxurlu Rusiyada saxlanıldı və…

Meyxanaçı Namiq Qaraçuxurlu (Namiq Şükürov) Rusiyaya buraxılmayıb.
OLAY-ın əldə etdiyi məlumata görə, qonşu ölkəyə yollanan sənətçi ötən gecə Şeremetyevo Beynəlxalq Hava Limanında sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. İfaçının köməkçisi İlkin Şükürovun da (qardaşı oğlu – red.) ölkəyə keçməsinə icazə verilməyib. Bir neçə saat dindirildikdən sonra İlkin sərbəst buraxılıb.
İddialara görə, Namiq Qaraçuxurlunun saxlanılma prosesi bir neçə saat çəkib. Səfirlik hazırda onun buraxılması üçün danışıqlar aparır.
İlkin Şükürov məsələni saytımıza təsdiqləyib. O, Namiq Qaraçuxurlunun hazırda sərbəst buraxıldığını bildirib.