Nadir Süleymanov vəfat etdi – FOTO
Azərbaycanda professor dünyasını dəyişib.
Qlobal.net xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov məlumat yayıb.
Onun sözlərinə görə, institutun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Süleymanov oktyabrın 24-ü axşam saatlarında vəfat edib. O qeyd edib ki, mərhum oktyabrın 23-də institutun ənənəvi elmi seminarında iştirak edib. (milli.az)