63ee8efa01787202302231554

Nadir Qafarzadə qardaş Türkiyədə yaşanan matəm günü özünə çal-çağır təşkil etdi — Biabırçı VİDEO

Müğənni Nadir Qafarzadə qardaş Türkiyədə matəm günü olmasına baxmayaraq, özünə təmtəraqlı ad günü məclisi təşkil edib.
Qlobal.net xəbər verir ki, paytaxt restoranlarının birində konsertlə keçirilən ad günü məclisinə müğənni sənət dostlarını da dəvət edib.
Qeyd edək ki, fevralın 11-də sənətçinin 52 yaşı tamam olub.
Fevralın 11-də həm də qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar elan olunan matəmin 5-ci günüdür.
Xatırladaq ki, Nadir Qafarzadə bir neçə il öncə Xocalı faciəsi günü də konsert proqramı ilə çıxış etmişdi. (demokrat.az)
 

17.02.2023 00:14
show 2187