Xalq artisti Naibə Allahverdiyeva müğənni Nadir Qafarzadə ilə eyni verlişdə qonaq olub.
Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, verlişə gənc ifaçı da dəvət olunub. Xalq artisti onunla salamlaşmadan əyləşən bu gənc ifaçının Nadirin oğlu Əziz olduğunu biləndə təəccübünü gizlətməyib.
N.Allahverdiyeva "Gəncdir, həyəcandan olub" desə də, Nadirin oğluna qəzəbli baxışları diqqətdən yayınmayıb. Müğənni "Mən ona bunu efirdən sonra gözləyirdim ki, deyim", - sözləri ilə oğlu Əzizin salamlaşmamasına narahatlığını etiraf edib.
Ətraflı videoda: