10.05.2021
23:04
199

“Müzəffər Azərbaycan Gəncləri ” İctimai Birliyi fəaliyyətə başladı

Loading...
Bu gün (10 may) “Müzəffər Azərbaycan Gəncləri ” İctimai Birliyi fəaliyyətə başlayır.
"Müzəffər Azərbaycan Gəncləri"İctimai Birliyi bir qrup gəncin təşəbbüsü əsasında, rəşadətli Azərbaycan ordusunun 44 günlük zəfər yürüşündən ilhamlanaraq yardılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 30 illik işğala son qoyması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa etməsi xalqımızın illərdir həsrətində qaldığı vətəninə qovuşması ilə nəticələndi. İgid vətən oğlullarının 44 günlük vətən müharibəsində göstərdikləri qəhrəmanlıq bütün dünyanın diqqətini cəlb etmişdir. Azərbaycan 21-ci əsrin müharibəsini apardı. Dünyanın bir çox dövlətləri Azərbaycanın apardığı müharibəni araşdırmağa və Azərbaycanın təcrübəsindən istifadə etməyə başlamışdır. Bu ölkəmiz üçün çox böyük uğurdur. Bu uğurun qazanılmasında Ulu Öndərimiz Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dayanıqlı və davamlı inkişafı, Azərbaycan ordusunun müasir texnologiyalarla təchiz edilməsi istiqamətində görülən işlərin çox böyük əhəmiyyəti olmuşdur.
Birlik öz fəaliyyətinə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş tədbir keçirərək başlayacaq.
"Müzəffər Azərbaycan Gəncləri"İctimai Birliyinin əsas məqsədi Azərbaycan vətəndaşlarının ümumrespublika səviyyəsində inkişafını təmin etməklə elm, təhsil, din, mədəniyyət, ekoloji maarifləndirmə, sahibkarlıq, idman, mənəviyyat, könüllülük işinin inkişafı və vətənpərvərlik sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması, insanların azadlığı və fərdi inkişafının təmin olunması, milli-mənəvi dəyərlərə əsaslanan müasir vətəndaş obrazının yaradılması, dövlətin gənclər siyasətinə dəstək olmaq, ümumrespublika və beynəlxalq səviyyədə əməkdaşlığın və iştirakın təmin olunmasıdır.
Təşəbbüs qrupunun yekdil səsverməsi ilə Anar Salehoğlu (Qarayev) birliyin sədri seçilmişdir.
Loading...