63e5e4e12ea6e202302233201
Müsəlman ölkəsində qadınlar Türkiyə üçün səfərbər oldu: Qızıllarını satırlar

Bəzi livanlı qadınlar Türkiyədə zəlzələdən zərər çəkənlərə nağd yardım göndərmək üçün qızıl-zinət əşyalarını satıblar.

Bu barədə Qüds İnkişaf Vəqfi nəzdindəki “Fecr Radio” məlumat yayıb. 

Bildirilir ki, Beyrutda “Fecr Radio” “Mərhəmətli Könüllər” adı altında pul yardımı kampaniyasına başlayıb. İqtisadi böhranla mübarizə aparan livanlılar bu kampaniyaya böyük maraq göstəriblər. 

Məlumata görə, bəzi qadınların pulları olmadığına görə, onlar qızıl-zinət əşyalarını sataraq kampaniyaya qoşulublar. Onlar adlarının açıqlanmasını istəməyiblər. 

Radionun təşkil etdiyi kampaniyadan məsul olan şəxs Ömər Mənsur Anadolu agentliyinə açıqlamasında bildirib: “Zəlzələnin ilk günündən insanlar bizə müraciət edərək “Dünyada bütün məzlumların yanında olan Türkiyəyə necə kömək edə bilərik?” deyə soruşurlar. İki gündür ki, dəstək dayanmır. Hər 5 dəqiqədən bir Livan vətəndaşı zəng edib nağd pul vermək istəyir. 2 gündə 15 min dollarlıq ianə toplandı. Toplanan yardımı AFAD-a çatdıracağıq. Qadınlar bizimlə əlaqə saxlayıb nağd pullarının olmadığını deyirlər. Türkiyədəki qardaşlarına kömək etmək üçün bəzi qadınlar sırğa, qolbaq və digər qızılları satıb pullarını bizə göndərdilər. Bir taksi sürücüsü bizimlə əlaqə saxlayıb qazandığı 15 dolları göndərdi”.                             

10.02.2023 10:29
show 338