Cəmiyyət
Müsadirə olunan “Rahat” marketin qarşısında jurnalistlə mübahisə – ANBAAN VİDEO

Xəbər veridyimiz kimi, Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə məxsus “Rahat Market”in Xırdalan filialının yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.
Qlobal.net milli.az-a istinadla xəbər verir ki, sözügedən obyekt Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 266 ünvanında yerləşir. Hazırkı bazar qiyməti 1 milyon manat civarında dəyərləndirilən obyekt müsadirə olunaraq dövlət hərracında satılacaq. Super marketin önündə çəkiliş aparan jurnalistlə mübahisə qeydə alınıb. Belə ki, onun peşə fəaliyyətini yerinə yetirməsinə maneə cəhdi olub.



