29.09.2021
22:40
142

“Müsabiqə olmasaydı müğənni ola bilməzdim” – VİDEO

Loading...

ARB TV-nin "Özəl" verilişinin növbəti qonağı müğənni Sevda Yahyayeva olub.

İfaçı illər öncə qatıldığı müsabiqədən danışıb:

"Məni "Yeni ulduz" müsabiqəsinin iştirakçısı kimi təqdim edəndə qətiyyən narahat olmuram. Müsabiqədən gəldiyimə sevinirəm, orada çox şey öyrəndim. "Yeni ulduz" olmasa başqa yolum yox idi. Müsabiqə olmasa bəlkə də müğənni ola bilməzdim. Çünki o zaman müsabiqəyə qatılanda evdən mənə dedilər ki, biz sənə kömək edə bilmərik. Maddi dəstək göstərməyə heç cür imkanımız yoxdur. Amma mən istedadıma güvənərək getdim. İlk müsabiqədən kompleks və həyəcan keçirdiyim üçün keçə bilmədim. Gəlib evdə ağladım. Növbəti dəfə qatılanda seçildim və 3-cü yerə çıxdım. Və o gündən bu günə dayanmadan davam etdim. Bu gün Sevda Yahyayeva adını yazdıra bildiyimə sevinirəm".


Loading...