"Hərəsi çıxıb axtarır. Nə axtardıqlarını başa düşə bilmirəm".
Qlobal.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova "Şəbnəmlə iç üzü" "YouTube" verilişində deyib.
Sənətçi həmkarlarını sərt şəkildə tənqid edib: "Camaat ailəsindən, uşağından danışmağa abır edir, baxmayın da, ailədir, uşaqdır, bunlar özəl məsələlərdir. Bunlarsa çıxıb, mədəni dildə desək, sponsorlarından danışırlar. Bunun adı heç "sponsor" da deyil ee, bu insanlar sosial şəbəkədə açıq-aşkar axtarışa çıxıblar. Sosial şəbəkə onun üçün yaranmayıb ki, sizin kimi məxluqlar çıxıb, belə hərəkətləri ilə yaxşının da adını batırsın. Bu elə deyil, bunlar bir az kəm düşüncəli insanlardır".