67f58287eac38202504250943

Murad Ülviyyədən buna görə ayrılıb - Sirr açıldı

Aktor Murad İsmayıl keçmiş həyat yoldaşı, aktrisa Ülviyə Xəlilbəyova ilə boşanmasının anası ilə bağlı olması barədə yayılan iddialara münasibət bildirib.

Qlobal.net xəbər verir ki, sənətçi bu barədə "Xəbərin var?" verilişində danışıb.

Murad sözügedən məsələ bu cür münasibət bildirib:

"Anam haqqında girib ağzına gələni danışanlar var. Mən onların səviyyəsinə düşüb, cavab verməyəcəyəm. Bunu məndən gözləməyin. Bu məsələlərdə mənim adım çəkilməməlidir. Sən kimsən anama şər, böhtan atırsan? Gedim vurub öldürüm? Yaraşmaz mənə, iki övladım var. Özünüzə hörmət edin. Baxıram ki, çoxsu da xanımlardır. Özləri yaşadıqları problemləri mənim üzərimə atırlar. Anamla bağlı nəsə yazılanda çox pis oluram. Anam evində oturub, onunla nə işiniz var? Sizin qayınananız pis olubsa, gedin onun dərdini çəkin. Durduq yerdə demirəm, son xəbərdə yazılan rəyləri oxudum. Bir adama da cavab verməmişəm. Qazandığım bütün uğurların arxasında anam və atam dayanıb. Anama nəsə deyirsənsə, mənə hörmət etmirsən. Ana müqəddəsdir. Kimsə nəsə edibsə mənə və anaya nə dəxli var? Heç bir ana övladının pis gününü arzulamaz. O qədər düşüncəsiz insanlar var ki,.. Onlara baş qoşmağa da düşünürəm ki, dəyməz. Ülviyyə anamla bağlı heç bir paylaşım etməyib. Tamaşçılar bu mövzunu anaya yönləndirir. Mənim bacım yoxdur, yazırlar baldız və qayınana. Ülviyyə yəqin rəyləri oxumayıb, ona bu haqda heçnə deməmişəm də..."

Qeyd edək ki, Ülviyyə və Murad ötən il rəsmi boşanıb. Cütlüyün iki oğlan övladı var. 
09.04.2025 11:33
show 963