Müharibə təhlükəsi böyüyür: İlk döyüş bu ərazidə olacaq
Son vaxtlar Ermənistanla Azərbaycan arasında münasibətlər yenidən
kəskinləşib. Ermənistan hakimiyyətində təmsil olunan ayrı-ayrı şəxslərin
müharibə ritorikasına üstünlük verməsi, tərəflər arasındakı
ziddiyyətləri daha da dərinləşdirib.Son bir neçə ayda hərbi
potensialını gücləndirən Ermənistanın yenidən müharibə ritorikasına
üstünlük verməsi 2 ölkə arasında aparılan sülh danışıqlarını arxa plana
keçirə bilərmi? Azərabycanla Ermənistan arasında hərbi toqquşmanın
olması nə dərəcədə realdır?
Mövzu ilə bağlı danışan hərbi
ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistandan hər zaman təxribat
cəhdləri gözləmək mümkündür: “Ermənistandan daim
təxribat xarakterli fəaliyyətlər gözləməliyik. Hətta, sülh və ya çərçivə
sazişi imzalansa belə, Ermənistanın təxribat cəhdlərindən əl çəkəcəyini
kimsə istisna edə bilməz. Son zamanlar Ermənistanın sürətli şəkildə
silahlanması, Azərbaycanla sərhəddə bir neçə dəfə atəşkəs rejimini
iriçaplı silahlarla pozması, digər tərəfdən, Ermənistan hərbi və siyasi
rəhbərliyində təmsil olunan şəxslərin Azərbaycana qarşı səsləndirdiyi
bəyanatlar o cümlədən, bu bəyanatlarda ərazi iddialarının yer alması
Ermənistanın növbəti dəfə Göyçə və ya Naxçıvan istiqamətində
fəallaşdığını nümayiş etdirir”.
Ekspertin fikrincə, Ermənistanın bu dəfəki təxribatı Göyçə və Naxçıvan istiqamətində baş tuta bilər: “Başqa
sözlə desək, Ermənistan tərəfinin son aylar ərzində həyata keçirdiyi
təxribat məqsədli fəaliyyətləri təhlil etsək, o zaman Ermənistanın Göyçə
və ya Naxçıvan istiqamətində növbəti təxribatlar törədəcəyi, hətta
eskalasiya yaradacağına ehtimal edə bilərik. Bu proseslərdə əsasən kənar
qüvvələr Ermənistanı təxribat törətməyə daha çox təhrik edir. ABŞ-ın
birgə təlimləri, həm də Hindistanın və Fransanın Ermənistana verdiyi
silahlar təxribatların miqyasının əvvəlkilərdən daha geniş ola
biləcəyini göstərir”. (Yenisabah.az)