Əməkdar artist Yusif Mustafayev xanımı ilə heç yerə getmirmiş.
Qlobal.net axşam.az-a istinadla xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb.
O, təklikdə qalmağı daha çox sevdiyini etiraf edib: Sayt yaratmaq
"Mən həyatda təkliyi sevirəm. Xanımımla heç yerə getmirəm. Övladları ilə gedir. Amma tanınmağın çətinlikləri var. Ailəvi harasa getmək alınmır. Qorxduğum şey abırım, ismətimdir. Ona görə mənə çətin gəlir. Məşhur olmamışdan əvvəl dükana gedərdik. Tanındıqdan sonra ailəvi dükana, bazara da getmirəm. Mən həssas insanam, ehtiyat edirəm".