ədalət

Müğənni var ki, küçədə kimdənsə... - Ədalət həmkarlarının sirrini açdı

Əməkdar artist Ədalət Şükürov "Afaqla onlar" verilişində bəzi ifaçıların pul gücünə trendə düşdüyünü bildirib.

Qlobal.net xəbər verir ki, onun sözlərinə görə, trendə düşməyin iki yolu var: "Biri odur ki, sən özün onu trendə salırsan, bu da maliyyə ilə bağlıdır. Müğənnilərin 90 faizi bunu pulla edir. Digəri isə mahnının təbii şəkildə populyarlaşmasıdır. Məsələn, Roza Zərgərlinin bir mahnısı özü tutdu".

Şükürov indiki dövrdə məşhur olmağın asan olduğunu vurğulayıb: "Mən müğənni istəyirəm ki, 20-25 il əvvəl mahnısı məşhur olsun. İndi nə var ki? Mahnını oxuyursan, klip çəkirsən, pul ödəyirsən və birinci yerə çıxırsan. Sonra da pul ödəməsən, düşürsən. Mən bununla özümü aldadım, yoxsa başqalarını? Müğənni var ki, küçədə kimdənsə mahnısını zümzümə etməsini istəsən, bilməyəcək. Amma trenddədir". (yenisabah.az)


18.02.2025 13:02
show 366