Tanınmış müğənni Elton Hüseynəliyevin anası vəfat edib.
Bu barədə Lent.az-a açıqlamasında ifaçının həyat yoldaşı, prodüser Tamilla xanım məlumat verib. O bildirdi ki, müğənninin anası gecə dünyasını dəyişib: "Şura xanım ağır mədə xərçəngindən əziyyət çəkirdi. Gecə dünyasını dəyişdi və bu gün torpağa tapşırıldı. Ruhu şad olsun".