təranə-musa

Müğənni: Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək

"Bir müddət əvvəl fəxri adlar pulla satılırdı”.

Qlobal.net axşam.az-a istinadla xəbər verir ki, bu sözlıri müğənni Təranə Qumral “Günə bax” verilişində deyib.

İfaçı bildirib ki, onlara da fəxri adı pulla satmaq istəyiblər:

“Deyirdilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək. Biz heç vaxt buna getmədik. Düşündük ki, dövlət nə zaman istəyər, onda da verər. Bu, qanun çərçivəsində olmalıdır. Titullar necə özbaşına verilə bilər?”.


07.01.2025 18:53
show 695