imtahan
Müəllimlərin işə qəbul imtahanında BİABIRÇILIQ: Təhsil nazirinin adını bilməyən namizədlər var - VİDEO

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

Baku TV-nin əməkdaşı keçirilən müsabiqədən sonra müəllim olmaq istəyən namizədlər arasında sorğu keçirib.

Lakin nəticə ürəkaçan deyil.

Belə ki, əksər namizədlər elm və təhsil naziri Emin Əmrullayevin kim olduğunu tanımır, xarici işlər nazirinə Əli Əsədov, Müdafiə nazirinə isə Hikmət Hacıyev cavablarını səsləndiriblər.

Ətraflı süjetdə:

15.08.2024 08:46
show 253