Müəllimlərin döydüyü yeni xanım direktor polisə müraciət etdi
Göyçay rayon Uşaq Musiqi Məktəbinin yeni direktoru Günay Hacıyeva hüquq-mühafizə orqanlarına müraciət edib.
Bu barədə Qaynarinfo-ya Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Natavan Tağıyeva məlumat verib.
Onun sözlərinə görə, Günay Hacıyva ona qarşı zor tətbiq edən müəllimlərdən şikayət edib: "Günay xanımın sağ qoluna xəsarət yetirilib. Bundan əlavə, şəxsi əşyalarına zərər yetirilib”.
Qeyd edək ki, Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan
direktorun ilk iş günündə qalmaqal yaşanıb. Ağdaş Regional Mədəniyyət
İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi
Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə
Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimi kimi çalışan Günay Hacıyevanı
direktor təyin edib. Musiqi məktəbinin kollektivi təhsil ocağının
foyesinə toplaşaraq yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan
içəri buraxmayıblar, müəllimələr etiraz edərək onu məktəbdən qovublar.