64f18e5647a03202309231014
Müdafiə Nazirliyindən SON DƏQİQƏ AÇIQLAMASI - Daha iki hərbçimiz yaralandı

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. 

Bu barədə Qlobal.net-ə Müdafiə Nazirliyindən məlumat verilib. 

Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb. 

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

01.09.2023 11:09
458