photo_77287583
Müdafiə Nazirliyindən ƏHALİYƏ XƏBƏRDARLIQ: iyunun 25-ə qədər...

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdilir.

Qlobal.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, döyüş sursatlarının utilizasiyası prosesi iyunun 20-dən 25-ə qədər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Ümumqoşun təlim poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

20.06.2022 11:37
213