photo_16301567

Müdafiə Nazirliyi: "İtkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək"

"Təəssüf ki, itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək".

Qlobal.net xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır: "Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

A.Eyvazov eyni zamanda xüsusilə Ermənistan KİV-də yayılan dezinformasiyalara inanmamağa, ancaq rəsmi məlumatlara müraciət etməyə çağırıb.

14.09.2022 18:14
show 233