6491b56cc66ca202306231924
Mübariz Mənsimova AĞIR İTKİ - FOTO

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova ağır itki üz verib.

Mübariz Mənsimovun atası Qurban Məcid oğlu Mənsimov İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.

Mərhum Bakıda dəfn ediləcək.

Qeyd edək ki, M.Mənsimovun atası uzun müddət idi ağır xəstəlikdən müalicə alırdı.

Allah rəhmət eləsin!

“Palmali Holdinq”in prezidenti Mübariz Mənsimov mərhum atasının sabah Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək. 

“Qafqazinfo” xəbər verir ki, bunu şirkətin sözçüsü Fidan Quliyeva feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, 2021-ci ildə məhkəmənin şərti cəza müddətində azərbaycanlı iş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərarı hələ də qüvvədədir.

20.06.2023 18:19
show 425