65d74f58397cd202402244248
MTV Tolikin bu sözlərinə görə cəzalandırıldı - VİDEO


Xəbər verdiyimiz kimi, aparıcı Tarix Əliyevin (Tolik) "Tarixin bir günü" verilişindəki çıxışına görə MTV kanalının yayımı 8 saatlıq dayandırılacaq. 

Qlobal.net axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Tolikin proqramda məktəbli qızın yeniyetməni təhqir etdiyini əks etdirən videonu müzakirə etməsi olub. 

Aparıcı efirdə "Valideynlər üzr istəməlidirlər, onlar uşağın yerinə utanmalıdırlar. Sən şüvəlanlıların adını necə batıra bilərsən. Şüvələndan minlərlə qeyrətli qadınlar, kişilər çıxıb. Kənd camaatı onun anasını, atasını çağırmalıdır ki, bu nə qızdır böyütmüsünüz. Şüvəlanı bu tərbiyəsizlə tanımaq lazım deyil" sözlərini işlədib.  

Qeyd edək ki, Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. Audiovizual Şura üzvlərinin yekdil fikri ilə bu pozuntulara yol vermiş "MTV" televiziya kanalının efirinin müvəqqəti (27 fevral 2024-cü il tarixdə, saat 09.00-dan 17.00-dək 8 saat müddətinə) dayandırılması haqqında qərar qəbul olunub.

Həmin görüntüləri təqdim edirik:


22.02.2024 17:40
show 361