26.01.2021
15:02
0

Moskvada KRİTİK QARABAĞ MÜZAKİRƏSİ - Lavrov onu dəvət etdi

Loading...

Avropa Birliyinin baş diplomatı Jozep Borrell Moskvaya səfər edəcək.

Borrell özü Avropa Birliyi Şurasının Brüsseldə keçirilən iclasında elan edib.

“Fevral ayının ilk həftəsində xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvaya səfər etmək niyyətim barədə Şuraya məlumat verdim”, - Borrell bildirib.

Moskvada keçiriləcək görüşdə Qarabağdakı vəziyyət də müzakirə olunacaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Görüş zamanı Rusiya-AB münasibətlərinin bütün problemləri və perspektivləri müzakirə ediləcək. Qərbi Balkanlar, Yaxın Şərq və Şimali Afrika, MDB məkanındakı vəziyyət də daxil olmaqla beynəlxalq gündəmdəki aktual mövzularda geniş fikir mübadiləsi aparılması planlaşdırılır. İranın nüvə proqramı ətrafında vəziyyətin həlli, Qarabağda vəziyyətin daha da sabitləşdirilməsi də müzakirə ediləcək”, - məlumatda qeyd olunub./axar.az

Loading...